Bursa Böyükşəhər Bələdiyəsi tərəfindən inşası davam edilən və "Bursaspor" azerkeşləri arasında "Timsah Arena" olaraq adlanan yeni stadionun gələn ilin iyununda istifadəyə veriləcəyi gözlənilir. Türkiyə mətbuatı yazır ki, klub rəhbərliyi açılış mərasimində Madrid "Real"ı ilə dostluq matçı keçirməyə cəhd edəcək.
"Bursaspor" prezidenti Rəcəb Altəpə belə bir stadionun açılışının dünya səviyyəsində olacağını qeyd edib:
"Açılış mərasimi üçün çox xüsusi bir program hazırlamağı planlaşdırırıq. Bursa sakinlərinin könlündə "Real" var. Yaxın günlərdə açılış mərasiminə dəvət etmək üçün Madrid klubu ilə əlaqə quracağıq. İnanırıq ki, bizim təklifimizə müsbət cavab veriləcək".