İtaliya millisi və "Yuventus"un kapitanı Canluici Buffon yanvarın 15-də yeni sahibini tapacaq "Qızıl top" mükafatı haqqında fikirlərini bildirib. 36 yaşlı qolkiper Messi, Ronaldo və Noyer üçlüyündən 2-cini daha şanslı sayıb:
 
"Fikrimcə, Kriştianu Ronaldo "Qızıl top"u qazanacaq və buna layiqdir. Çempionlar Liqasında qalib olmasaydı belə, hazırda ən güclü futbolçu odur. Amma mübaliğəsiz düşünürəm ki, ən böyük futbolçu Lionel Messi olaraq qalmaqdadır. O, 100% hazır olanda oyununa baxmaqdan doymursan. Ronaldo və Messi arasında böyük fərq yoxdur. Səviyyəcə çox yaxındırlar. Son 2 ildə Ronaldo daha qətiyyətli, peşəkar və ağılasığmaz oyun göstərir".
 
Qeyd edək ki, 2006-cı ildə "Qızıl top" mükafatına əsas namizədlərdən göstərilən Buffon komanda yoldaşı Fabio Kannavaroya uduzmuşdu.
Shares: