Almaniya 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun çıxış etdiyi “Karlsrue” klubu növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə “Münhen 1860"lə üz-üzə gəlib. Görüş qonaqların 2:3 hesablı qələbəsi ilə bitib. Nazarov oyuna 46-cı dəqiqədə ehtiyat oyunçular skamyasından daxil olub.
Qeyd edək ki, “Karlsrue” hazırda 30 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.