"Bakl" klubunun baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, türkiyəli çalışdırıcı evdəki 0:0 hesablı bərabərliyi belə şərh edib:
 
“Oyunçularım var gücü ilə oynadılar. Mən futbolçuların istəyindən məmnunam. Gənclər Azərbaycan futboluna gələcəkdə çox xeyir verəcəklər. Bu oyunda qələbə qazanmaq ehtimalımız vardı. Məğlub da ola bilərdik. Bir xal qazandıq. Buna görə şadam. Oyunçularımı təbrik edirəm”. 
Shares: