"Xəzər Lənkəran" klubunun baş məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən "Bakı" matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis səfərdəki 0:0 hesablı bərabərliyi belə şərh edib:
"Bakı aqressiv şəkildə və müdafiədə oynamağı xoşlayan bir komandadı. Bu tip komandalara qarşı oynamaq çox çətindi. Futbolçularım daha ciddi olmalıdı. Yüksək yerlər uğrunda oynayırıqsa, rəqibdən asılı olmayaraq, qol vurmalıyıq”.