Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutan “Qəbələ” – “Qarabağ” matçı davam edir. Futbolinfo.az saytının Qəbələyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Ağdam klubu meydana çıxmağa forma tapmayıb.
Belə ki, Qurban Qurbanovun yetirmələri “qırmızı-qaralar”la ilə oyuna Avropa Liqasında istifadə etdiyi forma ilə çıxıb. Düzdü, Avroliqanın loqosunun görünməməsi üçün onun üzərinə parça yapışdırılsa da, bu, elə də uğurlu alınmayıb. Oyunun gedişində “Qarabağ”ın 10 nömrəli futbolçusu Muarem Muaremin formasındakı Avroliqanın loqosu açıq-aşkar görünüb. Həmin özəl fotonu təqdim edirik: