Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutan “Qəbələ” – “Qarabağ” matçı keçirilib. Fuitbolinfo.az xəbər verir ki, matçı izləyənlər arasında “Qəbələ”ni çalışdırmağa ən real namizədlərdən biri olan ukraynalı mütəxəssis Roman Qriqorçuk da olub.
Artıq Qriqorçukla Qəbələ klubu razılaşma əldə etmək üzrədi. Razılaşmaq üçün sadəcə xırda detallar qalıb.Uukraynalı çalışdırıcı ilə 1,5 illik müqavilə imzalanması gözlənilir. Bu barədə saytımıza açıqlamasında "Qəbələ"nin vitse-prezidemti Fariz Nəcəfov bildirib.