"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutan “Qəbələ” matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis səfərdəki 1:2 hesablı məğlubiyyəti belə şərh edib:
 
“Rəqib həddindən artıq istəkli idi. Məğlubiyyətimizə görə çox üzülmədim. Sözsüz, hər bir məğlubiyyət pis təsir edir. Amma rəqibin sevinci mənə məğlubiyyəti unutdurdu. “Qəbələ”də dostlarımız var. Burada futbol üçün işlər görülür. Avropa Liqasının “Qarabağ”a mənfi təsiri olmadı. Avropada nə qədər çox oynasaq, təcrübəmiz bir o qədər də artacaq”.
Shares: