"Qəbələ"ninn məşqçisi sənan Qurbanov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutan “Qarabağ” matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, evdəki 2:1 hesablı qalibiyyəti belə şərh edib:
 
“İlk növbədə “Qarabağ”ı Avropa Liqasındakı uğurlarına görə təbrik edirəm.  Çempiona qarşı oynadıq. Futbolçularıma təşəkkür edirəm. Hesabda geri düşməyimizə baxmayaraq, oyunçular xarakter göstərdilər. “Qarabağ”a qarşı oynamaq çətindi. Komandamız 6-cı yerə layiq deyil. Biz oyunla bunu bir daha göstərdik. Daha da irəli getmək lazımdı. Məşq prosesində dəyişiklik etdik. Psixoloji gərginlik olduğu üçün məşqləri daha əyləncəli etdik. Eyni zamanda, futbolçularda özünəinam hissini qaytardıq”. 
Shares: