Bu gün Topaz Premyer Liqasında 16-cı turun görüşləri baş tutub. Futbolinfo.az xəbər verir ki, "Neftçi" evdə "Sumqayıt"ı 3:2 hesabı ilə məğlub edib.
Məğlub komandanın baş məşqçisi Aqil Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında bu sözləri deyib:
“Çətin olacağını bilirdik. Komandaların ustalıq səviyyəsi eyni deyil. İki müdafiəçinin səhvindən qol buraxdıq. Bütün qollarda müdafiəçilərimizin kobud səhvləri vardı. Müdafiədə mütləq dəyişiklik etməliyik. Dəyişiklik olmasa, belə davam edəcək".