Məlum olduğu kimi, Avropa Liqasının 6-cı turunda baş tutan "Qarabağ" – "İnter" (İtaliya) oyunun 90+4-cü dəqiqəsində baş verən olayla bağlı "Qarabağ" klubu UEFA-ya şikayət məktubu yazsa da, həftə sonu olduğu üçün UEFA-dan hələki heç bir cavab gəlməyib. Futbolinfo.az xəbər verir ki, şikayətin cavabından asılı olmayaraq, önumüzdəki həftənin 3-cü günü Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəl İsveçrəyə gedəcək.
 
Artıq Avropa Liqası yarışının direktoru Giorgi Marçetti ilə görüş vaxtı təyin edilib. 
 
Gözəl klub saytına açıqlamasında bunları qeyd etdi: "Nəticədən asılı olmayaraq, futbolun ürəyi olan UEFA-ya gedəcəm. Orada bağlı və ya açıq görüşdə həmin epizoda onlarla birgə baxacam və "Qarabağ"a qarşı haqsızlıq edildiyini onların dilindən eşidəcəm".
Shares: