Portuqaliya çempionatının 2-ci Liqasında (Segunda Liga) 19-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası "Atletiko" öz meydanında "Santa Klara" ilə üz-üzə gəlib.
 
Oyun ev sahibi komandan 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ötən turda da oynamayan Quluzadə bu dəfə də meydana çıxmağa şans tapa bilməyib. Onun adı matçın iştirak ərizəsində də yer almayıb.
 
Qeyd edək ki, hazırda "Atletiko" 21 xalla turnir cədvəlinin 21-ci pilləsində qərarlaşır.
Shares: