Bu dəqiqələrdə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərhələsi yekunlaşıb. Futbolinfo.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.
 
Reqlamentə əsasən, bu mərhələdə eyni ölkənin komandaları və eyni qrupda mübarizə aparmış klubların qarşılaşmasının qarşısı əvvəlcədən alınıb.
 

1/8 final mərhələsinin cütlükləri belə formalaşıb:

 
PSJ (Fransa) – "Çelsi" (İngiltərə)
 
"Mançester Siti" (İngiltərə) – "Barselona" (İspaniya)
 
"Bayer" (Almaniya) – "Atletiko" ( İspaniya)
 
"Yuventus" (İtaliya) – "Borussiya" (D, Almaniya)
 
"Şalke" (Almaniya) – "Real" ( İspaniya)
 
"Şaxtyor" (Ukrayna) – "Bavariya" (Almaniya)
 
"Arsenal" (İngiltərə) – "Monako" (Fransa)
 
"Bazel"(İsveçrə) – "Portu" (Portuqaliya)
 
 
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları fevralın 17-də, cavab qarşılaşmaları isə martın 10-da keçiriləcək.
Shares: