İtaliya “İnter”inin baş məşqçisi Roberto Mançini son günlər hücumçu Mario Balotellini yenidən "İnter"ə gətirəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Britaniya və İtaliya mətbuatında dolaşan bu söz-söhbətləri təkzib edib.
"Balotelli ilə sonuncu dəfə 2 il öncə danışmışam. Marioya azarkeşlik edirəm. Ümid edirəm ki, onu xoşbəxt görə biləcəyik. Qalan şeylər vacib deyil. "İnter" qışda bir neçə transfer etməlidi. Amma kimi gətirəcəyimizi dəqiq bilmirəm. Heyəti gücləndirəcəyik".