Fransa çempionatında mübarizə aparan “Lans” klubunda gərgin günlər davam edir. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı iş adamı Hafiz Məmmədovun  əvəzinə başqa bir həmyerlisi kluba qəyyumluq edə bilər.
 
Fransa mətbuatında yer alan xəbərə görə, bu şəxs Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Qarant Holdinq”in rəhbəri Anar Məmmədovdu. Lakin məlumat hələ ki, öz təsdiqini tapmayıb. Buna baxmayaraq, yaxın günlərdə “Lans”ın prezidenti Jerve Martellə əməkdaşlığa yeni bir azərbaycanlı iş adamının cəlb olunacağı gözlənilir.
Shares: