"Mançester Yunayted"in zədəli oyunçuları siyahısına daha biri adı əlavə olunub. Futbolinfo.az xəbər verir ki, mövsümün əvvəlində Portuqaliya "Sportinq"indən “qırmızı şeytanlar”a transfer edilən Markos Roxo məşqdə ciddi zədə alıb.
Onu "Liverpul"la qarşılaşmada Fil Cons əvəzləyib. Roxodan başqa, müdafiəçilər Kris Smollinq, Lyuk Şou və Rafael də zədəsini sağalatmaqla məşğuldu. Zədəlilər adları çəkilən futbolçularla məhdudlaşmır. Yeni transferlərdən Anhel di Maria, Deyli Blind, eləcə də Cessi Linqard da bərpa prosesini keçməkdədi.
Qeyd edək ki, heyətdəki çatışmazlıqlara baxmayaraq, İngiltərə klubu Premyer Liqada keçirdiyi son 7 turda maksimum nəticə göstərməklə liderlər qrupunda möhkəmlənib.