Hollandiya millisinin keçmiş futbolçusu Ronald de Bur qardaşı Frank de Burun "Liverpul"a baş məşqçi təyin olunma ehtimalını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, Ronald qardaşının danışıqlara hazır olduğunu bildirib:
"Bu qış Frankın ora təyinatı dəqiq baş verməz. "Liverpul" əla klubdu. Əgər ordan təklif gəlsə, qardaşım onu nəzərdən keçirə bilər. Özü də deyirdi ki, maraqlı təklif olsa, danışıqlar başlanacaq".
Qeyd edək ki, Frank de Bur 2010-cu ildən ölkəsi Hollandiyanın "Ayaks" klubinda çalışır. Onun rəhbərliyi altında komanda ardıcıl 4 il Erediviziyanın qalibi olub.