Dortmund "Borussiya"sında ciddi itki baş verib. Futbolinfo.az xəbər verir ki, “sarı-qaralar”ın yarımmüdafiəçisi Henrix Mxitaryan Bundesliqanın son turunda "Herta" ilə matçda sıradan çıxıb.
Klubun rəsmi "Tvitter" hesabının yaydığı məlumata görə, erməni futbolçu 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. 25 yaşlı oyunçunun ombasında çıxıq olduğu ortaya çıxıb.
Qeyd edək ki, cari mövsüm 20 matçda meydana çıxan Mxitaryan 2 dəfə fərqlənib.