FİFA agenti Fransua Qalyardo növbəti maraqlı iddia ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, o, hər transfer dövründə ulduz oyunçular alan Madrid “Real”ının qış “transfer pəncərəsi”ndə bu dəfə Dortmund "Borussiya"sının istedadlı futbolçusu Marko Roysu heyətinə qatacağını bildirib
Qalyardo fikrini belə izah edib: "Real" Roysla müqavilə imzalayacaq. Bu iş yaxın günlərdə bitəcək".
Qeyd edək ki, cari mövsüm 7 matçda meydana çıxan Roysun aktivində 3 qol, 2 məhsuldar ötürmə var.