Almaniyanın “Bavarya” klubunun futbolçusu Frank Riberi maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi  komandasına bağlı olduğunu bildirsə də, gələcəkdə başqa klubun formasını geyinə biləcəyinə də işarə vurub: 
 
“Artıq 8 ildir ki, burdayam. "Bavariya" ilə mən evli cütlük kimiyik. Oğlum burda doğulub. Qızlarımı burda böyütmüşəm. Uşaqlarım almanca məndən yaxşı danışırlar. Amma Avropanın başqa klublarnda və ya ABŞ ,Qətər, ya da Dubay-da oynayıb, yeni təcrübələr qazanmaq istəyirəm.”
 
Qeyd edək ki, fransız futbolçu 2005-ci ildə Türkiyənin “Qalatasaray” klubunun da şərəfini qoruyub.
Shares: