Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən “Neftçi” – “Sumqayıt” qarşılaşmasının fasiləsində maraqlı hadisə yaşanıb. Futbolinfo.az xəbər verir ki, “Bakcell Arena”da baş tutan qarşılaşmada komandalar ilk hissədən sonra fasiləyə yollananda qonaqların futbolçusu Budaq Nəsirovun formasını kimiliyi məlum olmayan azarkeşlərdən biri oğurlayıb.
Bu, normal hal hesab edilməsə də, “Sumqayıt” fərqli düşünür. Saytımıza açıqlama verən “kimyaçılar”ın məbuat xidmətinin rəhbəri Rəşad Məmmədov belə bir hadisənin olduğunu təsdiqləsə də, məsələnin şişirdilməməsinin tərəfdarıdı. O, “qoy bu forma bizdən azarkeşə hədiyyə olsun” deməklə öz humanistliyini nümayiş etdirdi.