Bu dəqiqələrdə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkatma mərhələsi yekunlaşıb. Futbolinfo.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.
Reqlamentə əsasən, bu mərhələdə eyni ölkənin komandaları və eyni qrupda mübarizə aparmış klubların qarşılaşmasının qarşısı əvvəlcədən alınıb.
1/16 final mərhələsinin cütlükləri belə formalaşıb:
"Yanq Boyz" (İsveçrə) – "Everton" (İngiltərə)
"Torino" (İtaliya) – "Atletik" (İspaniya)
"Sevilya" (İspaniya) – "Borussiya" (M, Almaniya)
"Volfsburq" (Almaniya) – "Sportinq" (Portuqaliya)
"Ayaks" (Hollandiya) – "Legiya" (Polşa)
"Oolborq" (Danimarka) – "Brügge" (Belçika)
"Anderlext" (Belçika) – "Dinamo" (Moskva, Rusiya)
"Dnepr" (Ukrayna) – "Olimpiakos" (Yunanıstan)
"Trabzonspor" – "Napoli" (İtaliya)
"Genqam" (Fransa) – "Dinamo" (Kiyev, Ukrayna)
"Vilyarreal" (İspaniya) – "Zalsburq" (AVstriya)
"Roma" (İtaliya) – "Feyenoord" (Hollandiya)
PSV (Hollandiya) – "Zenit" (Rusiya)
"Liverpul" (İngiltərə) – "Beşiktaş" (Türkiyə)
"Tottenhem" (İngiltərə) – "Fiorentina" (İtaliya)
"Seltik" (Şotlandiya) – "İnter" (İtaliya)
Qeyd edək ki, Avropa Liqasında 1/16 mərhələsinin ilk oyunları 19, cavab qarşılaşmaları isə 26 fevralda keçiriləcək.