Bildiyiniz kimi, Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda baş tutmuş "Qarabağ" – "İnter" (İtaliya) oyunun 90+4-cü dəqiqəsində baş verən olayla bağlı Ağdam klubu UEFA-ya şikayət məktubu yazmışdı. Futbolinfo.az xəbər verir ki, bu gün UEFA-dan cavab məktubu gəlib.
 
Cavabda aşağıdakı sözlər qeyd olunub:
 
"Oyun zamanı baş verən epizodla bağlı edilən məhkəmə müraciətiniz qəbul edilib və UEFA-nın İntizam və Nəzarət komitəsinin 05.02.2015 tarixində baş tutacaq iclasında baxılıb qərar veriləcəkdir".
Shares: