“İnter”in yarımmüdafiəçisi Nizami Hacıyevin futbolinfo.az saytına müsahibəsi:
 
– Son dəqiqə qolu ilə Zaqataladan 1 xalla ayrılırsız. Qarşılaşma barədə nə deyə bilərsiz?
– “Simurq” bizim üçün çətin komandadı.  Hər zaman bu komanda ilə görüşlərimiz ağır olub. Bizim futbolçular Zaqatala klubuna qarşı hazırlaşama çətinlik çəkir. Rəqibin oyununu təhlil etmişdik. İlk hissədə oyunumuz alınmasa da, ikinci 45 dəqiqədə istədiyimizi reallaşdıra bildik. Belə oyunla buradan  1 xalla ayrılmaq pis nəticə deyil. Növbəti matçımız “Neftçi” ilədi. Bizi indi düşündürən həmin oyundu. “Simurq” artıq yaddan çıxarmışıq.
 
– “Neftçi” də son oyunlara qələbə qazanmaqda çətinlik çəkir. Paytaxt derbisində sizin qələbə qazanmaq şansını nə dərəcədə yüksək olacaq?
– “Neftçi” çempionluq uğrunda mübarizədə bizim rəqibdi. Çətin oyun olacaq. Heç bir komandaya flaqmanla oynamaq asan deyil. Bizim öz oyunumuz, tələblərimiz var. Bizi ancaq 3 xal üçün meydana çıxacağıq.
 
– Bəlli səbəbdən baş məşqçinin Kaxaber Sxadadze cəzalıdı. Onun texniki zonada olmaması işinizi çətinə salırmı?
– Mən bunun böyük bir əhəmiyyəti olduğunu deməzdim. Oyundan əvvəl nə lazımdısıa bizə başa salır. Qarşılaşmadan əvvəl rəqibi təhlil edir, öz tapşırıqlarını bizə verir. Deyərdim ki, onun texniki zonada olmaması özü və bizim üçün elə də bir fərqi yoxdu. Əsas qurulan oyundu. Biz də onun tapşırıqlarını yerinə yetiririk.
 
– Avropa Liqasının qrup mərhələsinin son oyununda baş tutan “Qarabağ” – “İnter” matçında qarşılaşmanın hakimlərinin verdiyi qərarla bağlı sizin də fikirinizi bilmək maraqlı olardı.  Oyunun son dəqiqəsində “atlılar”ın təmiz qolunun qeydə alınmaması sizə necə təsir etdi?
– Əlbəttə ki, hamımız üzülürük. Həmin oyuna baxanda emosional idim. Çox üzülmüşəm. Azərbaycanda elə bir insan yoxdu ki, bu heç-heçə onu üzməsin. “Qarabağ” təmiz qələbə qazanmışdı. Hamımızın uğuru idi.
 
– Maraqlıdı, belə bir qərar sizin iştirak etdiyiniz qarşılaşmada baş versəydi, reaksiyanız necə olardı?
– Mən öz fikirlərimi hakimə bildirərdim. Hakimə sakit tərzdə fikirlərimi bildirəcəyimə inanmıram. O cür oyundan sonra hisslərini cilovlamaq çətin məsələ idi. Amma bu, heç nəyi dəyişmir. Hakimin qərarı dəyişmədiyi üçün bizə yalnız üzülmək qalır. “Qarabağ”ın qisməti belə imiş.
 
EMİN SƏFƏROV, Zaqatala
Shares: