UEFA-nın baş katibinin müavini Teodor Teodoridis Bakıya 1 günlük səfərə gəlib. Futbolinfo.az xəbər verir ki, qitə futbol qurumunun rəsmisi bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb. 
 
Görüşdə AÇ-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təşkilati məsələlər, regionda futbolun inkişafı və Avropa Liqasının qrup mərhələsində keçirilmiş “Qarabağ” – “İnter” oyunu müzakirə olunub.
 
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.
 
(AFFA)
Shares: