Millimizin sabiq hücumçusu Vadim Vasiliyev özünə yeni iş yeri tapıb. Futbolinfo.az xəbər verir ki, veteran futbolçu “Rəvan”da məşqçi kimi fəaliyyət göstərəcək.
O, “Rəvan”ın 16 yaşlı futbolçularından ibarət komandasına rəhbərlik edəcək. Buna qədər isə Vasiliyev AFFA-nın təşkil etdiyi elit məşqlərə rəhbərlik edən mütəxəssislərdən biri olub.
Qeyd edək ki, Vadim Vasiliyev vaxtı ilə İqor Ponomaryovun dönəmində “Xəzər Lənkəran”da köməkçi məşqçi kimi də çalışıb. Ancaq həmin vaxt Ponomaryov vitse-prezident postuna keçdikdən sonra Vasiliyev cənub klubundan birdəfəlik uzaqlaşdırılmışdı.