Kazan "Rubin"inin sabiq baş məşqçisi Kurban Berdiyev özünə yeni iş yeri tapıb. Futbolinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis "Rostov" klubu ilə anlaşıb.
Rusiya Premyer Liqası təmsilçisi onu yaxın günlərdə rəsmən açıqlayacaq.
Qeyd edək ki, türkmənistanlı məşqçi 2001-2013-ci illər ərzində "Rubin"i çalışdırıb. Azərbaycan millisinin futbolçusu Ruslan Abışovu məhz Berdiyev Kazan klubuna aparmışdı.