“Qalatasaray”ın bu mövsüm uğursuz transferlərindən sayılan Qoran Pandev haqqında klubub vitse-prezidenti Abdurrahim Albayrak fikir bildirib. Futbolinfo.az xəbər verir ki, o, təcrübəli hücumçunun komandadakı gələcəyi barəsində danışıb:
“Pandev bizim futbolçumuzdu. O, olduqca çox maaş alır. Bir oyunda meydana çıxıb oynasın. Özünü yaxşı tərəfdən göstərsə, niyə sataq ki? Pandev öz səviyyəsi ilə seçilən futbolçudu”.
Qeyd edək ki, 30 yaşlı makedoniyalı bu mövsüm İtaliya “Napoli”sindən Türkiyə klubuna keçib.