İtaliyada ilin ən yaxşı futbolçusu müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Andrea Pirlo bu nominasyada hamını qabaqlayıb.
35 yaşlı yarımmüdafiəçi 3-cü dəfədir ki, ölkəsində ən yaxşı futbolçu seçilir. İlin ən yaxşı komandası “Yuventus”, ən yaxşı baş məşqçi isə İtaliya milli komandasının çalışdırıcısı Antonio Konte olub.
Qeyd edək ki, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində H qrupunda yer alan İtaliya yığmasının rəqiblərindən biri də Azərbaycan millsidi.