Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Caner Erkin arzuolunmaz halla üzləşib. Futbolinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi ötən gün axşam saatlarında restoranlardan birində yemək yedikdən sonra özündən gedib.
Dərhal xəstəxanaya aparılan 26 yaşlı oyunçunun hazırda yaxşı olduğu açıqlanıb. Bu barədə komandanın həkimi Burak Kunduracıoğlu da danışıb:
"O, başından zərbə alıb. Bunun üçün də xəstəxanaya aparılıb. Xəstəxanada beyin tomoqrafiyası çəkilib. Hazırda problem yoxdu. Yaxın saatlarda xəstəxanadan buraxılacaq".
Qeyd edək ki, Türkiyə millisində də çıxış edən Caner 2010-cu ildən İstanbul klubunun şərəfini qoruyur. O, hazırda hər iki komandanında aparıcı üzvüdü.