Topaz Premyer Liqasının 17-cu turunda “Bakı”nın qonağı olacaq AZAL bu qarşılaşmanın hazırlıqlarını Şüvəlanda davam etdirir. Futbolinfo.az xəbər verir ki, “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov yetirmələrinə bu gün növbəti məşqi keçəcək.
Hazırlıq zamanı AZAL-ın düşərgəsinə baxışa gəlmiş legioner də olub. Bu, serbiyalı yarımmüdafiəçi Predraq Yeremiçdi. Əldə etdiyimiz məlumata görə, Tərlan Əhmədov 27 yaşlı legionerin oyununu bəyənməyərək, onu geri göndərib.