Almaniya “Ayntraxt”ının(Frankfurt) idman direktoru Bruno Hübner klubla yenicə müqavilə bağlayan Emil Balayevlə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, azərbaycanlı qapıçının komandanın 3-cü qolkiperi olacağını bildirib: 
 
“Biz növbəti 6 ay ərzində Emilin qarşısına kifayət qədər yüksək məqsədlər qoymuşuq. Çox güman ki, o, 3-cü qapıçımız olacaq. Biz Timo Hildebrandı komandada saxlayıb, onunla birgə işləmək istəyirik. Qış transfer ərəfəsində biz ona qalmağı təklif edəcəyik. Emilin əsas vəzifəsi isə üstümüzdəki təzyiqi götürməkdi”.
 
Qeyd edək ki, 20 yaşlı qapıçı “Neftçi”dən Alman klubuna keçib.
Shares: