Fransada ilin futbolçusu mükafatı sahibinə qovuşub. Futbolinfo.az xəbər verir ki, Madrid "Real"ın hücumçusu Kərim Benzema 2014-cü il üçün Fransanın ən yaxşı futbolçusu seçilib.
Mükafatı 26 yaşlı forvarda "France Football" jurnalı verib. 2-ci yerə "Yuventus"un yarımmüdafiəçisi Pol Poqba, 3-cü yerə isə daha bir "Real"lı Rafael Varan layiq görülüb.