Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 16-cı turunun cəzaları açıqlanıb. 
 
“Xəzər Lənkəran” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 
“Qarabağ”la oyunun 90+3-cü dəqiqəsində “Qəbələ”nin masajisti Namiq Hüseynov texniki zona qaydalarını pozaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat məbləğində cərimə olunub.
 
(PFL)
Shares: