Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan 1-ci divizionunun 15-ci tur oyunları ilə bağlı cəzaları açıqlanıb.
“Göyəzən” – “Bakılı” matçının 83-cü dəqiqəsində ev sahibi komandanın futbolçusu Sənan Yusifov və qonaqların oyunçusu Şəhriyar Əhmədli aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 4 oyun cəzalanıb, klublar 400 manat cərimə olunub.
“Qaradağ Lökbatan”la oyunda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 82-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Murad İsgəndərli ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunur. Oyun bitdikdən sonra Tovuz təmsilçisinin futbolçusu Seymur Tağıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.
(PFL)