Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 16-cı tur oyunları ilə bağlı cəzaları açıqlanıb.    
 
 “Bakı”  – “Xəzər Lənkəran” matçının 83-cü dəqiqəsində ev sahibi komandanın futbolçusu Rəvan Kərimov idmançıya yaraşmayan hərəkətə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunur. Həmin oyunun 84-cü dəqiqəsində “Bakı”nın futbolçusu Azad Kərimov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.
 
“Qarabağ”la oyunda “Qəbələ”nin  4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olun.
 
(PFL)
Shares: