"Barselona"nın ulduz futbolçusu Lionel Messi komandasının Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasının nəticəsinə görə "Mançester Siti"ylə düşməsinə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, "Facebook" hesabından açıqlama yayan təcrübəli hücumçu "şəhərlilər"in heyətində oynayan, eyni zamanda Argentina millisindəki komanda yoldaşı Serxio Aqueroya söz atmağı da yaddan çıxarmayıb:
"Çempionlar Liqasında pley-off mərhələsinin başlamasını səbirsizliklə gözləyirəm. Dostum Serxio Aquero ilə qarşılaşacağıma görə sevinirəm. Onu həmişə kompüter oyununda məğlub edirəm. Görək, meydanda nə baş verəcək".