Hər il Türkiyədə təşkil olunan idman adamlarını mükafatlandırma mərasimi bu dəfə də keçirilib. Futbolinfo.az xəbər verir ki, tədbirdə bir sıra futbol ictimaiyyətinin tanınmış simaları olub.
 
“Beşiktaş”ın prezidenti Fikrət Ormanın ilin idman adamı və klub prezidenti, Əli Koçun ilin iş adamı, “Qalatasaray”ın uruqvaylı qapıçısı Fernando Musuleranın ilin legioner futbolçusu, Demba Banın ilin transferi, “Sivasspor”un baş məşqçisi Roberto Karlosun ilin baş məşqçisi seçildiyi tədbirdə azərbaycanlı menecer Günel Rusman da iştirak edib. Maraq üçün bildirək ki, sözügedən tədbirə Azərbaycandan yalnız xanım menecer dəvət olunub. 
 
Rəsmi hissə başa çatdıqdan sonra Azərbaycan və Türkiyə futbolu haqda müzakirələr aparılıb. Qış transfer dönəmində azərbaycanlı futbolçuların Türkiyə klublarına cəlb olunma perespektivi də müzakirə olunub.
Shares: