İspanyanın məşhur “Marka” qəzeti maraqlı iddia ortaya atıb. Futbolinfo.az xəbər verir ki, onlar yerli “Barselona” klubunun Dortmund “Borusiya”sının istedadlı futbolçusu Marko Roysa təklif göndərdiyni yazıb.
Mənbədə qeyd olunub ki, 25 yaşlı yarımmüdafiəçi katalonyalıların təklifini rədd edib. Buna səbəb isə təklifin şərtləri olub. belə ki, 2016-cıilin yanvarına kimi transfer etmək qadağası olan barselonalılar futbolçunun həmin müddətə kimi gözləmsəini istəyiblər. Bu təklifi qəbul etməyən alman futbolçunun qışda “Bavarya” klubuna keçəcəyi gözlənilir.
Qeyd edək ki, İspan klubu 18 yaşdan aşağı bəzi futbolçuların transferində qayda pozuntusuna yol verdiyinə görə FİFA-nın sanksiyasına məruz qalıb.