İspaniyalı hücumçu Fernando Torres bundan sonra karyerasını ölkəsində – Madrid "Atletiko"sunda davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı xəbər yayıb. 
 
O, 1,5 il müddətinə icarəyə götürülüb.  Torres qış "transfer pəncərəsi"nin açılmasının ardından (5 yanvardan sonra) rəsmən "Atletiko"nun futbolçusu olacaq. İspan hücumçunun müqabilində Alessio Çerçi "Milan"a keçib.
 
"Milan" bu ilin yayında Fernandonu İngiltərə "Çelsi"sindən icarəyə götürmüşdü. İki gün öncə isə “zdəganlar” forvardın bütün haqqlarını “Milan”a verib.
 
Xatırladaq ki, 30 yaşlı futbolçu “Atletiko” yetirməsidi və o, 2001-07-ci illər ərzində "Atletiko" forması ilə 244 matçda 91 qol vurub.
Shares: