Mövsümün əvvəlində “Napoli”dən “Qalatasaray”a transfer olunan Qoran Pandev İstanbulda ümidləri doğrulda bilmir. Futbolinfo.az xəbər verir ki, qış fasiləsində "Cim Bom” makedoniyalı oyunçunu göndərmək niyyətindədi.
Qoranın isə yenidən A Seriyasına qayıtmaq ehtimalı var. "Cenoa"nın onunla maraqlandığı bidirilir. Bu barədə təcrübəli hücumçunun meneceri Karlo Pallavicino məlumat verib. O, müştərisinin qış transfer dönəmində yenidən İtaliyaya qayıda biləcəyini vurğulayıb. İtaliya klubunun makedoniyalı üçün "sarı-qırmızılar"a sərfəli təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, 31 yaşlı hücumçu cari mövsümün əvvəlindən Türkiyə klubunda çıxış edir.