UEFA Prezidenti Mişel Platini maraqı fikirlə çıxış edib. Futbolinfo.az xəbər verir ki, o, futbolda hakimin qərarını tənqid etməyə görə oyundan 5-10 dəqiqə uzaqlaşdırma gətirəcək ağ vərəqələrin istifadəsinə start vermək niyyətindədi.
Qitə futbol qurumunun rəhbəri bu fikirini belə izah edib: “Ağ vərəqələrin istifadəsi bizim yeni təşəbbüsümüzdü. Bu oyunçuların rəftarına görə verilən kartdı. Aktyorluq və hakimin ünvanına tənqid oyunu gözəlləşdirmir. Ağ kartın hesabına oyunda daha az fasilə olacaq. Biz bu oyunu bütün oyunlardan daha yaxşı etməliyik”.