Madrid “Atletiko”sunun yeni transferi Fernando Torres keçidinin rəsmiləşməsindən sonra ilk təəssüratlarını bölüşüb. Futbolinfo.az xəbər verir ki, ispaniyalı hücumçu sabiq komandasına qayıtdığı üçün çox şad olduğunu bildirib: 
“Mən özümü tapmağa çalışırdım. Lakin, “Atletiko”dan yaxşı klub yoxdu. Belə bir komandada olmaq möhtəşəmdi. Mən ilk peşəkar karyerama “Atletiko”da başlamışdım. Bu mənim üçün mükəmməl bir an idi. Mən bir çox klubda olmuşam. “Atletiko”da olduğum kimi heç vaxt xoşbəxt olmamışam”.

 

Shares: