Türkiyənin "Trabzonspor" klubu qış “transfer pəncərəsi”ndə heyətini gücləndirməyi planlaşdırır. Futbolinfo.az xəbər verir ki, Qara dəniz təmsilçisinin transfer siyahısının ilk pilləsində "Beşiktaş"ın müdafiəçisi Ərsan Gülüm dayanır.
Baş məşqçi Ərsun Yanalın istədiyi futbolçu üçün rəhbərlik İstanbul klubuna təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, Gülüm ötən günlərdə "Beşiktaş"ın 4 illik yeni müqavilə təklifini qəbul etməyib.