Avropada bir neçə klubun formasını geydikdən sonra ötən yay "Barselona"ya qayıdan Boyan Krkiç bu dəfə "Stok Siti” klubuna icarəyə verilib. Futbolinfo.az xəbər verir ki, hücumçu “Marca" nəşrinə məhz bu klubu seçməsinin səbəblərini açıqlayıb:
"Bu klubu seçməyimə 2 mühüm amil təsir göstərdi; Premyer Liqada oynamaq və baş məşqçi Mark Hyuzun mənimlə şəxsən maraqlanması. Mövsümün əvvəlində komanda yaxşı çıxış etmirdi. Oyun üslübüna alışa bilmirdim deyə, ehtiyatda oturmağa məcbur olurdum. Legioner kimi çempionata gəlib, oynamamaq asan deyil. Lakin məşq etmək, öz üzərində çalışmaqdan başqa yol yoxdu. Mən şaiyələrdən kənar durmaq istəyirəm. Hər kəsə qulaq asıb, hər şeyi oxumaqdan yayınmağa çalışıram. Bu futboldu. Fiziki cəhətdən günü-gündən inkişaf edirəm. "Stok Siti”nin nümayəndələri Premyer Liqada oynamaq üçün lazımi forma yığmaqda mənə köməklik edir. Köməkçi hücumçu mövqeyi sevimli yerimdi. Bu halda özümü sərbəst və rahat hiss edirəm. Karyeram boyu mərkəz mövqedə oynamışam. Tipik mərkəz hücumçusunun xüsusiyyətləri məndə yoxdu. Məşqçi ədalətli davransa və düzgün mövqedə oynasam, yaxşı çıxış göstərə bilirəm. Boyanın qol vurmalı olduğu barədə fikirlərə son qoymaq istəyirəm".