İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən "Sauthempton"la oyundan sonra mətbuat nümayəndələrinin qarşısına çıxan "Çelsi"nin baş məşqçisi Joze Mourinyo maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis həmin matçı idarə edən hakimin qərarlarını tənqid edib:
"Media, şərhçilər və digər məşqçilər hakimlərə təzyiq edirlər. "Çelsi"yə qarşı kampaniya yaradıblar. Bu kampaniyanın niyə yarandığını bilmirəm. Heç narahat da deyiləm. Hamı bilir ki, Fabreqasın epizodunda penalti var idi. Hakim səhv etdi. İnsanlar səhv edə bilərlər, ancaq bu hakim böyük səhv buraxdı. O, yaxşı referidi, yaxşı insandı, gəncdi, önündə hələ çox illər var. Amma yenə də deyirəm, bu, böyük səhvdi".
Qeyd edək ki, "Sauthempton" – "Çelsi" matçı 1:1 hesabı ilə yekunlaşıb.