Madrid "Real"ının ulduz futbolçusu Kriştianu Ronaldo "Globe Soccer Awards"ın versiyasına görə ilin futbolçusu seçilib. Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu ünvanına sahib olan, "Real"ı sözügedən turnirdə 10-cu çempionluğuna daşıyan portuqaliyalı oyunçu Dubayda təşkil olunan mərasimdə mükafata layiq görülüb.
Ronaldo mükafatı alandan sonra bunları deyib: "Uğurlu çıxışımın qarşılığını bir mükafatla aldığım üçün çox xoşbəxtəm. "Real"dakı bütün komanda yoldaşlarıma təşəkkür edirəm. İnanılmaz bir mövsüm keçirdik, 4 kubok qazandıq. Çox qürurluyam".
29 yaşlı təcrübəli futbolçu 2011-ci ildə də bu mükafatı qazanmışdı. Ronaldo “Qızıl Top”a da namizədlər arasındadı.