Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti "Globe Soccer Awards"ın versiyasına görə, ilin baş məşqçisi seçilib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis bu sahədə Yoahim Löv, Pep Qvardiola və Antonio Konteni geridə qoyub.
Ançelotti mükafatını aldıqdan sonra fikirlərini bildirib: "Məşqçinin işi komandasında gücü futbolçular toplaşarkən asanlaşır. Bu səbəbdən də "Real"ı çalışdırmaq mənim üçün digər komandalarla müqayisədə daha rahatdı".
Qeyd edək ki, Ançelotti "Real"a 2014-cü ildə İspaniya Kuboku, Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatını qazandırıb.