İtaliya mətbuatında "Qalatasaray"la bağlı maraqlı iddia ortaya atılıb. Futbolinfo.az xəbər verir ki, "Corriere dello Sport" nəşri “Cim Bom”un iki legioneri – Uesli Sneyder və Qoran Pandevin yanvarda İtaliya A Seriyasında yollanacağını bildirib. Onlar müvafiq olaraq "Yuventus"a və "Cenoa"ya transfer olunacaq.
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri heyətdə dəyişiklik etmək niyyətindədi və Sneiyderin təcrübəsindən yararlanmaq istəyir. Hollandiyalı ulduzun isə "Qalatasaray" ilə 2016-cı ilə qədər müqaviləsi var. Müqavilənin ləğv edilməsi isə 20 milyon avrodu.
Pandevin "Cenoa"ya keçidi isə artıq bir neçə gündü ki, gündəmdədi.