Ötən gün Əfqan Talıbovun "Turan Tovuz"un baş məşqçisi təyin olunması ilə bağlı məlumat verilmişdi. Xəbəri klubun mətbuat хidmətinin rəhbəri Süleyman Tağıyev də təsdiqləmişdi.
Lakin günün sonunda Talıbovun "Qaradağ Lökbatan"da istefaya göndərilən Adil Mahmudovu əvəzləməsi barədə хəbər yayıldı. Son vəziyyəti öyrənmək üçün Süleyman Tağıyevlə əlaqə saхladıq.
Klub rəsmisi açıqlamasında Talıbovun onlarla anlaşandan sonra "Qaradağ Lökbatan"a üz tutduğunu təsdiqləyib:
 
"Klub rəhbərliyi ilə Əfqan Talıbov arasında razılıq əldə olunub. Onun baş məşqçi kimi "Turan Tovuz"a təyinatı da rəsmiləşmişdi. "Qaradağ Lökbatan"la anlaşdığını biz də mətbuatdan oxumuşuq. Niyə belə qərar verdiyi isə, bizə də qaranlıq qalıb. Hər halda, özü buna aydınlıq gətirsə, daha yaxşı olar".
(Fanat.az)
Shares: